DÜNYA

28 İyun

Çində sənaye şirkətlərinin mənfəəti aşağı düşüb

Çində sənaye şirkətlərinin mənfəəti, azalan tələbin təsiri ilə may ayında düşməyə davam edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çində sənaye şirkətlərinin mənfəəti may ayında keçən illə müqayisədə 12,6% azalıb. Tələbin azalması ölkədə davam edən iqtisadi gərginliyin göstəricisi kimi şərh edilib.

Yanvar-may dövründə şirkətlərin mənfəəti 18,8 % azalıb.

Xarici şirkətlərin mənfəəti ilin ilk 5 ayında yanvar-aprel dövrü ilə müqayisədə 13,6 % azalıb. İdxaldakı azalmanın davam etməsi daxili tələbin nə qədər zəif olduğunu göstərir.

Həmçinin, özəl şirkətlərdə mənfəət 21,3 %, dövlət müəssisələrində isə 17,7 % azalıb.

Zəminə Hüseyn
Fins.az