DÜNYA

24 İyun

Saudi Aramco və "TotalEnergies" müqavilə imzalayıb

Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti ilə Fransanın "TotalEnergies " şirkəti Səudiyyə Ərəbistanında neft-kimya kompleksinin tikintisi üçün 11 milyard dollarlıq müqavilə imzalayıb.

Fins.az xarici mətbuata istinadə xəbər verir ki, şirkətlər 2022-ci ilin dekabrında kompleksin tikintisi ilə bağlı razılığa gəliblər.

Açıqlamaya görə, bu neft-kimya kompleksi Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərindəki Satorp neft emalı zavodunun torpağında tikiləcək.

İmzalanma mərasimi Səudiyyə Ərəbistanının Dhahran şəhərində “Saudi Aramco”nun baş direktoru Amin Nasser və “TotalEnergies"in baş direktoru Patrik Pouyannenin iştirakı ilə keçirilib.

Zəminə Hüseyn
Fins.az