Yaponiyanın "Panasonic" şirkəti ölkənin ən böyük avtomobil istehsalçılarından biri olan "Mazda Motor"-un elektrik avtomobilləri üçün akkumulyatorların tədarükünə başlaya bilər.
Fins.az xarici mediaya istinadən xəbər verir ki, bu batareyalar Japoniya və Şimali Amerika fabriklərində istehsal olunacaq və 2020-ci illərin ikinci yarısında elektroavtomobillərə quraşdırılması planlaşdırılır.
Yaxın vaxtlarda Yaponiya şirkətlərinin bu sahədə ortamüddətli tərəfdaşlıq yaratmaq üçün danışıqlara başlayacaqları gözlənilir. Xüsusilə, elektroavtomobillər üçün akkumulyatorların mümkün tədarükü şərtləri və digər detallar müəyyən ediləcək.