DÜNYA

21 İyun

Çin iqtisadiyyatı gücləndirmək üçün faiz dərəcələrini aşağı salır

Çin Xalq Bankı (Çin Mərkəzi Bankı) ölkə iqtisadiyyatının bəzi sektorlarının canlanma prosesinə töhfə vermək üçün 20 İyun Çərşənbə axşamı günündən etibarən bu sektorlarla bağlı fəaliyyətlər üzrə faiz dərəcələrini endirdiyini açıqlayıb.

Mərkəzi Bank açıqlamasında əsas kredit faizlərini bir il müddətinə 3.65%-dən 3.55%-ə endirdiyini açıqlayıb. Bu kredit növü məhz ölkənin ev təsərrüfatlarının və kiçik müəssisələrin ən çox istifadə etdiyi kreditlər üzrə faizlərdir.

Bundan əlavə, bank ölkənin daşınmaz əmlak sektorunun vəziyyətini yaxşılaşdırmaq məqsədilə beş il müddətinə faiz dərəcəsini endirdiyi ipoteka kreditlərinin istinad faiz dərəcələrini də 4.3%dən 4.2%-ə endirib.

Çin bu qərarlarla bazarlarda likvidliyi təmin etmək və bank kreditlərini artırmaq istəyir. Bu, istehsalı və istehlakı artırmaqla iqtisadiyyatı gücləndirmək deməkdir.

Bu ilin əvvəlində göstərdiyi yaxşı göstəricilərdən sonra Çin iqtisadiyyatı qlobal risklərin özünü büruzə verməsi və Beynəlxalq Valyuta Fondunun (BVF) mart ayı üzrə dünya iqtisadiyyatı ilə bağlı bədbin proqnozlarına görə bir qədər yavaşlamağa başlayıb.

Bankın son qərarı maliyyə qurumlarına verilən kredit faizlərinin bir il müddətinə 2.75%-dən 2.65%-ə endirilməsi ilə bağlı oxşar qərarın qəbulundan düz bir həftə sonra qəbul edilib.

© investaz