ABŞ-ın "Intel" şirkəti İsraildə çip istehsalı zavodunun tikintisinə rekord məbləğdə 25 milyard dollar sərmayə qoyacaq.
Fins.az xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu bildirib.
Ölkənin Maliyyə Nazirliyi və "Intel" şirkəti çip istehsal edən zavoda 25 milyard dollar sərmayə yatırmaq barədə razılığa gəliblər.
Məlumata görə, İsrail və "Intel" əlavə olaraq şirkətin vergi dərəcəsini 7.5%-ə qaldırılmağına razılaşıblar. Qeyd olunur ki, zavod 2027-ci ildə fəaliyyətə başlayacaq.