DÜNYA

16 İyun

İntel yeni çip zavodu üçün Polşanı seçdi

Çip istehsalçısı İntel, şirkətin Avropa İttifaqı (Aİ) sərhədləri daxilində yarımkeçiricilərin inkişaf etdirilməsinə və istehsalına 80 milyard avroluq investisiya planının bir hissəsi olaraq, Polşanın paytaxtı Varşava yaxınlığında 4,6 milyard avro dəyərində yarımkeçirici istehsalı zavodunu quracaq.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Polşadakı yeni zavodun 2027-ci ildə fəaliyyətə başlamağı və 2000 nəfəri işlə təmin etməyi planlaşdırır. Zavod tikinti zamanı və təchizat zəncirində bir neçə min iş yeri yaradacaq.

Polşa hökumətinin sözügedən zavoda verdiyi təşviqin məbləği barədə məlumat verilməyib.

Şirkət 2021-ci ilin sentyabrında elan etmişdi ki, qarşıdakı 10 il ərzində Avropaya 80 milyard avroya qədər sərmayə yatıra bilər.

İntel İrlandiya və Fransadakı obyektləri ilə yanaşı Almaniyada da böyük çip zavodu tikməyi planlaşdırır.

Zəminə Hüseyn
Fins.az