DÜNYA

14 İyun

Böyük Britaniyada sənaye istehsalı göstəriciləri proqnozdan zəif açıqlanıb

İngiltərənin Milli Statistika İdarəsinin məlumatına əsasən, apreldə Böyük Britaniyada sənaye istehsalının həcmi mart ayı ilə müqayisədə 0.3% azalıb.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin cəmi 0.1% azalacağını ehtimal edirdilər.

İllik ifadədə isə göstərici 1.9% azalıb. Proqnoz 1.7% azalacağı yönündə idi. Böyük Britaniyada emal sənayesində istehsalın həcmi aprel ayında aylıq olaraq 0.4% azalma proqnozlaşdırılsa da, eniş 0.3% olmuşdur. İllik ifadədə göstərici analitiklərin proqnozlaşdırdığı kimi 0.9% azalıb.