DÜNYA

14 İyun

Avrozonada sənaye istehsalı apreldə proqnozları üstələyib

Avropa Statistika İdarəsi (Eurostat) aprel ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozonada sənaye istehsalı mart ayında azaldıqdan sonra aprel ayında əvvəlki aya nisbətən 1% artıb.

2022-ci ilin aprel ayı ilə müqayisədə 0,2 % artıb. Gözlənti aylıq 0,9%, illik isə 0,7% artım idi.

Aİ-də sənaye istehsalı aprel ayında bir əvvəlki aya görə 0,7%, keçən ilin eyni dövrünə görə isə 0,1% artıb.

Zəminə Hüseyn
Fins.az