DÜNYA

14 İyun

Böyük Britaniyada işsizlik səviyyəsi fevral-aprel aylarında enib

Ölkənin Milli Statistika Bürosunun (ONS) məlumatına əsasən, Böyük Britaniyada fevral-aprel aylarında işsizlik səviyyəsi yanvar-mart aylarındaki 3.9% səviyyəsindən 3.8% səviyyəsinə enib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, analitiklər, indeksin 4%-ə yüksələcəyini ehtimal edirdilər.

Bununla yanaşı, fevral-aprel aylarında ölkədə 16 yaşdan yuxarı işsizlərin orta sayı yanvar-mart ayları ilə müqayisədə 52 min nəfər, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5 min nəfər artaraq 1 milyon 305 min nəfər təşkil edib.

Eyni zamanda, fevral-aprel aylarında 16 yaşdan yuxarı işləyən britaniyalıların orta sayı illik ifadədə 382 min nəfər artaraq 33.089 milyon nəfər təşkil edib. 16-64 yaş qrupunda məşğul olanların xüsusi çəkisi 76% təşkil edib.

Ölkə üzrə orta real həftəlik əmək haqqı mükafatlar da daxil olmaqla 6.5%, mükafatlar xaric - 7.2% artıb. Proqnozlar müvafiq olaraq 6.1% və 6.9% təşkil edirdilər.