DÜNYA

14 İyun

Spotify, istifadəçilərinin məlumat əldə etmə hüquqlarını pozduğuna görə cərimələnib

İsveçin musiqi platforması Spotify Avropa İttifaqına üzv ölkələrdə istifadəçilərinin məlumat əldə etmə hüquqlarını pozduğuna görə 5 milyon avro cərimələnib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, aylıq 527 milyondan çox aktiv istifadəçisi, o cümlədən 210 milyon ödəniş edən abunəçisi olan Spotify, tələb olunan bütün şəxsi məlumatları və beynəlxalq məlumat ötürülməsi ilə bağlı ətraflı məlumatları təqdim etmədiyi üçün cəzalandırılıb.

Məlumatların pozulmasına görə Spotify-a qarşı açılan iddia ilə bağlı ilk şikayət 2019-cu ildə edilib.

Zəminə Hüseyn
Fins.az