DÜNYA

13 İyun

Nasdaq finteç şirkəti "Adenza"nı 10,5 milyard dollara satın alıb

"Nasdaq", maliyyə xidmətləri bazarı üçün risklərin idarə edilməsi və əlaqəli tənzimləyici proqram təminatı hazırlayan fintech şirkəti "Adenza"nı almaq üçün 10,5 milyard dollar ödədiyini açıqlayıb.

Fins.az "Bloomberg" ə istinadən xəbər verir ki, London və Nyu-Yorkda iki baş qərargahı olan "Adenza" banklara, sığorta şirkətlərinə, broker şirkətlərinə və oxşar maliyyə xidmətləri şirkətlərinə məlumatların idarə edilməsindən tutmuş hesabata qədər hər şeyi əhatə edən platforma ilə xidmət göstərir.

"Nasdaq" tərəfindən bildirilib ki, sövdələşmənin yaxın doqquz ay ərzində tamamlanacağı gözlənilir.

Zəminə Hüseyn
Fins.az