DÜNYA

12 İyun

Novartis 3,5 milyard dollara "Chinook Therapeutics"i satın alır

İsveçrədə yerləşən dərman istehsalçısı Novartis böyrək xəstəliklərinin dərmanları sahəsində mövqeyini genişləndirmək üçün ABŞ-ın biotexnoloji şirkəti Chinook Therapeutics-i 3,5 milyard dollara almaq barədə razılığa gəlib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iki şirkətin birgə bəyanatına görə, böyrək xəstəliklərinin müalicəsi üçün dərmanlar hazırlayan Chinook Therapeutics şirkəti, Novartis-dən 3,5 milyard dollar (səhm üçün 40 dollar) nağd alış təklifini qəbul edib. Bundan əlavə, gələcək uğur əsasında səhmdarlara 300 milyon dollar şərti ödənişlər ediləcək.

Satınalmanın 2023-cü ilin ikinci yarısında başa çatdırılması gözlənilir.

Bundan əvvəl Novartis, gen terapiyası üzərində işləyən ABŞ-ın Vedere Bio, İsveçrənin Arctos Medical və Britaniyanın gen terapiyası şirkəti Gyroscope Therapeutics-i satın alıb.

Zəminə Hüseyn
Fins.az