DÜNYA

12 İyun

Türkiyədə işsizlik səviyyəsi artıb

Türkiyə Cümhuriyyəti Statistika Qurumu (TÜİK) aprel ayı işsizlik göstəricilərini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Türkiyədə işsizlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 74 min nəfər artaraq 3.58 milyon nəfər olub.

İşsizlik səviyyəsi isə 0.1% artaraq 10.2%-ə yüksəlib. İşsizlik səviyyəsi kişilər üçün 8.1%, qadınlar üçün isə 14.3% təşkil edib.

Zəminə Hüseyn
Fins.az