DÜNYA

12 Oktyabr

Ağ Ev: Bayden OPEC-dən sonra Səudiyyə ilə münasibətləri nəzərdən keçirir

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətlərinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun qərarından sonra olduğunu bildirib.

"Fins.az" xəbər verir ki, istehsalçı ölkələrin, noyabr ayı etibarilə gündəlik neft hasilatını 2 milyon barrel azaltmağı yenidən nəzərdən keçirdiyini açıqlayıb.
CNN televiziyasına müsahibə verən Kirbi, Baydenin qərarından sonra tutduğu mövqeyə toxunaraq, "Bayden Səudiyyə Ərəbistanı ilə əlaqələrin yenidən qiymətləndirilməsi mövzusunda çox açıq danışdı. Hazırda OPEC qərarından sonra bu qiymətləndirməni edir",- deyə qeyd edib. 

Baydenin qərardan məyus olduğunu qeyd edən Kirbi, "Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin necə olması lazım olduğu mövzusunda Konqreslə işləməyə hazırdır" - ifadəsini işlədib.

Baydenin Konqreslə danışıqlara başlamaq üçün çox gözləməyəcəyini qeyd edən Kirbi, sözügedən qərarın təkcə Rusiya-Ukrayna müharibəsi üçün deyil, həm də ABŞ-ın milli maraqları baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Müəllif:Aynur Qəniyeva