DÜNYA

12 Oktyabr

Putin MAQATE rəhbəri ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi ilə görüşüb.

“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, Qrossi ilə görüşü haqda mətbuata açıqlama verib.

Putin nüvə məsələsinin son vaxtlar tez-tez siyasi mövzuya çevrildiyini deyib.

Bu vəziyyətin təhlükəli olduğuna işarə edən Putin, “Ümid edirik ki, səyləriniz sayəsində bu mövzuda bütün ritorikanı azalda və dünyada baş verən qarışıqlıqlara, mürəkkəb proseslərə baxmayaraq bu sahədə əməkdaşlığımızı normallaşdıra biləcəyik”.

Rusiya Prezidenti Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı son vəziyyəti də məsləhətləşməyə hazır olduqlarını bildirib.

Qrossi isə Zaporojye AES-lə bağlı bütün bölgədə zərərli nəticələrə səbəb ola biləcək nüvə qəzalarının qarşısını almaq üçün səy göstərdiklərini bildirib.