“Rusiya Prezidenti Vladimir Putin Ukraynanı işğal etmək və xalqını ram etmək qabiliyyətini səhv hesablayıb”.
“Fins.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenin CNN telekanalına müsahibəsində deyib.
“Onun dediklərinə qulaq asın. O, bütün rusdilliləri birləşdirən Rusiyanın lideri olmaq üçün səbirsizlənir. Məncə, bu, məntiqsizdir”, - Bayden deyib.
Baydenin sözlərinə görə, Putin Ukraynanı ələ keçirə biləcəyinə inanırdı, lakin Ukrayna xalqı onun səhv etdiyini tez bir zamanda göstərdi