DÜNYA

11 Oktyabr

Whatsapp-dakı qrup çatlarında istifadəçilərin say limiti yüksəldilib

Whatsapp insanlar arasında ünsiyyət üçün nəzərdə tutulmuş ən məşhur messencerlərdən biridir. Lakin onun da öz çatışmazlıqları var. Onlardan biri də qrup çatlarında mümkün istifadəçi sayı ilə bağlıdır. Müəyyən müddət ərzində Whatsapp daxilindəki qrup çatlarında maksimum 256 nəfər istifadəçi ola bilərdi. Lakin daha sonra messencer bu limiti 512 nəfər istifadəçiyə yüksəltdi. İndi isə Whatsapp bu mövzuda daha da irəli gedib. Faktiki olaraq adi qrup çatları üçün 512 nəfər istifadəçi limiti kifayət edən göstəricidir.

    Lakin daxilində hansısa təşkilatın əməkdaşlarını birləşdirən qrup çatları üçün 512 nəfər istifadəçi limiti heç də kifayət etmir. Beləliklə Whatsapp-dakı qrup çatlarında iştirak edə biləcək istifadəçi sayı 1024 nəfərə yüksəldilib. Verilmiş məlumata əsasən qrup çatları üçün nəzərdə tutulmuş bu yeni imkan hal hazırda messencerin yalnız beta versiyasında istifadəyə verilib. Bu yeni imkan Whatsapp-ın həm Android həm də iOS üçün nəzərdə tutulmuş beta versiyalarında məhdud istifadəçi arasında istifadəyə verlib.