Prezident Ərdoğan cümə günü İstanbulda Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcək.
"Fins.az" xəbər verir ki, görüş zamanı enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün alternativlərin qiymətləndirilməsi gözlənilir.
Prezident Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcək.
Məsələ ilə yaxından tanış olan rəsmilərin Bloomberg-ə verdiyi məlumata görə, cümə günü prezident Ərdoğan və Əl Saninin sədrliyi ilə yüksək səviyyəli strateji komitə iclası keçiriləcək. Yüksək səviyyəli rəsminin verdiyi məlumata görə, görüşdə iki ölkə arasında LNG ticarəti və digər əməkdaşlıq sahələri də müzakirə olunacaq.
Bir müddətdir ki, ölkələr təbii qaz ticarətinin daha da inkişaf etdirilməsi axtarışındadırlar. Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, keçən ay Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, “Qətər və Oman bizim dost və qardaş ölkələrimizdir. Danışıqlar davam edir. İnşallah müsbətdir nəticə əldə edəcəyik”, - deyə o bildirib.