ABŞ prezidenti Co Bayden virtual olaraq bu gün keçiriləcək G7 liderlərinin sammitində iştirak edəcək.
"Fins.az" xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden virtual olaraq bu gün keçiriləcək G7 liderlərinin sammitində iştirak edəcək.
Məlumata görə, G7 liderlərinin sammitində Ukraynaya dəstək və Rusiyanın təcavüzünə görə Rusiya prezidenti Putini ittiham etmək müzakirə olunacaq.
Ağ Evdən verilən məlumata görə, G7 toplantısında Ukrayna prezidenti Zelenski də iştirak edəcək.