DÜNYA

11 Oktyabr

Sabancı Holdinq ABŞ-da yaşıl enerji şirkəti qurub

Sabancı Holdinq bərpa olunan enerji və iqlim texnologiyalarına sərmayə qoymaq üçün Sabancı İklim Teknolojileri A.Ş.-yə qoşularaq yeni şirkətin yaradıldığını elan edib. 

"Fins.az" xəbər verir ki, Sabancı Holdinqin yeganə və qurucu ortağı olduğu şirkətin tərkibində xarici bərpaolunan enerji elektrik stansiyası investisiyaları və başda ABŞ və Avropa olmaqla müxtəlif vençur kapitalı fondlarına və startaplara strateji sərmayələr, hədəflənir.
Holdinq İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) edilən şərhdə, Sabancı Climate Technologies A.Ş.-nin tək və qurucu ortağı olduğu bərpa olunan enerji və iqlim texnologiyalarına sərmayə qoyacağını bildirərək, yeni iqtisadiyyat yönümlü artım, gələcəyin texnologiyalarını inkişaf etdirmək üçün şirkətin qurulduğunu açıqlayıb.