Ukrayna hakimiyyəti Rusiya Federasiyasının kütləvi raket zərbəsindən sonra mühüm qərar qəbul edib.
Bu barədə Ukrayna Energetika Nazirliyinin açıqlamasında bildirilib.
“İstilik istehsalına və elektrik yarımstansiyalarına zərər vuran bugünkü raket hücumları Ukraynanı öz enerji sistemini stabilləşdirmək üçün 2022-ci il oktyabrın 11-dən elektrik enerjisi ixracını dayandırmağa məcbur edir”, - Energetika Nazirliyindən məlumat verilib.
Nazirlik vurğulayıb ki, 7 aydan artıqdır ki, Rusiyanın işğalı altında olan Zaporojye AES-in fəaliyyəti dayandırıldıqdan sonra belə, Ukrayna elektrik enerjisi ixracında avropalı tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib.
Mənbə: unian.net