DÜNYA

11 Oktyabr

KİV: Rusdilli hakerlər ABŞ hava limanlarının saytlarına hücum ediblər

ABŞ hava limanının internet saytları bir qrup rusdilli haker tərəfindən kiberhücuma məruz qalıb.

Bu barədə CNN bazar ertəsi məlumat yayıb.

Telekanalın məlumatına görə, ölkənin 14 hava limanı, o cümlədən Atlanta və Los-Anceles aeroportları səhər saatlarında DDoS hücumuna məruz qalıb. CNN hava limanlarının “Killnet” kiberdəstəsinin hədəf siyahısında olduğunu iddia edib.

Qeyd olunub ki, kiberhücumlar hava limanlarının fəaliyyətinə təsir göstərməsə də, bir müddət sərnişinlər üçün uçuşlar haqqında məlumatların axtarışını çətinləşdirib.