Rusiya Kənd Təsərrüfatı Nazirliyi açıqlayıb ki, buğda ixrac rüsumu oktyabrın 12-dən bir ton üçün 1926,8 rubla qədər azalacaq.
"Fins.az" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, oktyabrın 12-dən 18-dək Rusiyadan buğdaya ixrac rüsumu bir ton üçün 1926,8 rubl, arpa ixracı üçün 1632 rubl, qarğıdalı üçün 3114,1 rubl təşkil edəcək.
Oktyabrın 5-dən 11-dək Rusiyadan buğdaya ixrac rüsumu bir ton üçün 2119 rubl, arpa ixracı üçün 1849,8 rubl, qarğıdalı üçün bir ton üçün 3295,6 rubl təşkil edir.