DÜNYA

07 Oktyabr

Qlobal ərzaq qiymətləri ardıcıl 6 aydır ucuzlaşır

Qlobal ərzaq qiymətləri ötən ay avqust ayı ilə müqayisədə 1,1% azalaraq 136,3 bənd olub. Bununla da ərzaq qiymətləri ardıcıl 6-cı aydır ki, ucuzlaşır.

Fins.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Məlumata görə, indeks ötən ilin avqust ayı ilə müqayisədə 5,5% artıb. Ərzaq qiymətlərinin azalmasına səbəb bitki yağları, dənli bitkilər, şəkər, süd və ət məhsullarının ucuzlaşması olub.

Bu dövrdə Taxıl Qiyməti İndeksi aylıq 1,5% artıb. Bitki yağı qiymət indeksi isə sentyabr ayında 6,6% azalaraq  2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enib.