DÜNYA

07 Oktyabr

BVF-dən Georgieva: Tənəzzül riskləri artır

Gələn il üçün qlobal iqtisadi artım proqnozunun aşağı salınacağını bildirən Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva, tənəzzül risklərinin artdığını və dünya iqtisadiyyatının təxminən üçdə birini təşkil edən ölkələrin gözləntilərini açıqlayıb. 

"Fins.az" xəbər verir ki, Corctaun Universitetində BVF-Dünya Bankının İllik Yığıncağı öncəsi çıxışında Georgieva qlobal iqtisadi mənzərəni və siyasət prioritetlərini qiymətləndirib.

Qlobal iqtisadiyyatda əsaslı dəyişikliyin baş verdiyinə diqqət çəkən Georgieva, beynəlxalq iqtisadi əməkdaşlıq, aşağı faiz dərəcələri, aşağı inflyasiya və nisbi proqnozlaşdırıla bilən dünyadan daha çox qeyri-müəyyənlik, daha yüksək iqtisadi dəyişkənlik, geosiyasi münaqişələr və s. ilə daha kövrək bir dünyaya keçid edilib. 

Yüksək enerji və ərzaq qiymətləri, daha sərt maliyyə şərtləri və davam edən tədarük çatışmazlığının böyüməni cilovladığını bildirən Georgieva, dünyanın ən böyük iqtisadiyyatlarının dinamikasını itirdiyini qeyd edib. 

Müəllif: Aynur Qəniyeva