DÜNYA

07 Oktyabr

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Yaponiyanın Maliyyə Nazirliyi açıqlama yayıb.

Sanksiyalar 80-dən artıq fiziki şəxsə və 9 təşkilata şamil edilib.

Siyahıda Rusiyanın “Kalaşnikov” konserni, “Roselektronika” holdinqi, Ramzan Kadırov, Mixail Mişustin, Dmitri Medvedev, Valentina Matvienko və Sergey Şoyqunun qohumları da var.