DÜNYA

06 Oktyabr

Avropa Komissiyasından Türkiyəyə sanksiya səfəri

Avropa İttifaqının Türkiyədəki nümayəndəliyi; AB Komissiyasının Maliyyə Xidmətləri, Maliyyə Sabitliyi və Kapital Bazarları Birliyinin komissarı Mairead McGuinness 6-7 oktyabr tarixlərində Türkiyəyə səfər edəcəyini və gündəmin əməkdaşlığın təkmilləşdirilməsi ilə yanaşı, sanksiyalar siyasəti olduğunu açıqlayıb.
"Fins.az" xəbər verir ki, komissar McGuinness sanksiyalar siyasətini və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək və hökumət üzvləri ilə görüşmək üçün Türkiyəyə səfər edir.

Avropa İttifaqının Türkiyə Nümayəndəliyi Maliyyə Xidmətləri, Maliyyə Sabitliyi və Kapital Bazarları Birliyinin komissarı Mairead McGuinnessin 6-7 oktyabr tarixlərində Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Açıqlamaya görə, McGuinnessin səfəri çərçivəsində xəzinə və maliyyə naziri Nurəddin Nebati ticarət naziri Mehmet Muş və Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu ilə görüşəcək.Makqinnes böyük biznes qurumları ilə də görüşəcək.

Müəllif: Aynur Qəniyeva