DÜNYA

05 Oktyabr

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketi

Bloomberg-in hesabatına görə, Aİ ölkələri Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq etməyə razılaşıblar.

"Fins.az" xəbər verir ki, paket həmçinin üçüncü ölkələrə neft satışı təcrübəsinin dəstəklənməsini və Rusiyanın bəzi yeni yüksək vəzifəli məmurlarına qarşı sanksiyaları əhatə edəcək.
Bloomberg-in mənbələrinə görə, Avropa Birliyi ölkələri üçüncü ölkələrə neft satışına qiymət məhdudiyyətlərini özündə əks etdirən yeni Rusiya sanksiyalar paketi üzərində razılaşdıqca sazişin çərşənbə günü rəsmiləşəcəyi gözlənilir.

Mənbələrin bildirdiyinə görə, Aİ səfirləri yeni paketin böyük gəmiçilik sənayesi olan ölkələrə təsirini azaltmağın yollarını müzakirə ediblər. Müvafiq olaraq, Yunanıstan, Kipr və Malta Rusiya neftinin nəqlinə qoyulan məhdudiyyətlərlə bağlı narahatlıqlarını ifadə ediblər və yeni mexanizmin effektivliyinə və potensial təsirinə dair təminatların verilməsinə çalışırlar.

Müəllif:Aynur Qəniyeva