DÜNYA

05 Oktyabr

Bayden, Ukraynaya təhlükəsizlik yardımı üçün 625 milyon dollar

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Ukraynaya 625 milyon dollarlıq yeni təhlükəsizlik yardımı ayırdığını açıqlayıb.

"Fins.az" xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden bu gün Zelenski ilə telefon danışığı aparıb.

ABŞ-ın Rusiyanın Ukraynanı ilhaqını heç vaxt tanımayacağının vurğulayan Bayden ABŞ-ın Ukraynaya yardımlarını hər zaman davam etdirəcəyini bildirərək, bu ölkəyə 625 milyon dollarlıq yeni təhlükəsizlik yardımlarını açıqlayıb.

Müəllif:Aynur Qəniyeva