DÜNYA

05 Oktyabr

Bayden Zelenski ilə danışdı

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

“Fins.az” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Bayden Ukraynaya daha bir hərbi yardımın ediləcəyini açıqlayıb.

Təchizatların dəyərinin 625 milyon dollar olacağı qeyd edilir. Kiyevə veriləcək silahların siyahısına HIMARS reaktiv yaylım atəşi sistemləri, artilleriya və zirehli texnika daxildir.