Türkiyə Ticarət Nazirliyinin müvəqqəti məlumatlarına görə, sentyabrda xarici ticarət kəsiri 298 faiz artaraq 10,4 milyard dollar təşkil edib. Beləliklə, sentyabr ayında xarici ticarət kəsiri 10 milyard dolları ötüb.
"Fins.az"xəbər verir ki, Türkiyənin sentyabr ayında ixracı illik 9,2% artımla 22,6 milyard dollar olub. İdxal isə 41,5% artaraq 33 milyard dollar təşkil edib.
Sentyabr ayında ən çox mal ixrac edilən ölkələr; Almaniyaya ixrac 18,2% artımla 2 milyard 2 milyon dollar, ABŞ-a ixrac 0,7% azalaraq 1 milyard 378 milyon dollar, İraqa ixrac 24,3% artımla 1 milyard 277 milyon dollar olub.
Sentyabr ayında ən çox mal idxal edilən ölkələr; Rusiyadan idxal 186,7% artımla 6 mlrd 926 milyon dollar, Çindən idxal 28% artaraq 3 milyard 706 milyon dollar, İsveçrədən idxal 764,2% artaraq 2 milyard 179 milyon dollar təşkil edib.