“Google” şirkəti Çində “Translate” tərcümə xidmətini “az istifadə” səbəbi ilə dayandırıb.
Məlumata görə, IT nəhəngi son bir neçə il ərzində gərgin rəqabət, daha sərt tənzimləmə və internetin ağır senzurası fonunda Çin bazarını tərk edən bir sıra digər ABŞ internet şirkətlərindən nümunə götürüb.
Bildirilib ki, son illərdə Çində xaricilərlə rəqabət apara bilən yerli tərcümə xidmətlərinin aktiv artımı müşahidə edilir. “Google”un qərarında bu amilin də rol oynadığı vurğulanıb.
Mənbə: İnterfaks