Fransanın baş naziri Elizabet Born iddia edib ki, Moskvanın iddialarının əksinə olaraq, Avropaya ixrac edilən Ukrayna taxılının 70 faizi Afrika və ya Asiyaya göndərilir.
"Fins.az" xəbər verir ki, Milli Assambleyanın yeni qanunvericilik sessiyasının açılışında çıxış edən Borne Ukrayna-Rusiya müharibəsini və onun Fransadakı nəticələrini dəyərləndirib.
“Birgə dəhlizlər” ilə Ukraynadan 14 milyon ton taxıl çıxarıldığını bildirən Borne, “Moskvanın yanlış iddialarının əksinə olaraq, Avropaya ixrac edilən taxılın 70 faizi daha sonra Afrika və ya Asiyaya göndərilib"-deyə bildirib.
Bu müharibənin Fransa və Avropa üçün qida suverenliyinin yaradılmasının zəruriliyini göstərdiyini bildirən Borne qlobal ərzaq böhranının mümkün olduğunu qeyd edib.
Ukraynanın yenidən qurulmasının dəyərinin 350 milyard avrodan çox olduğu təxmin edildiyinə diqqət çəkən Borne, önümüzdəki aylarda Fransız şirkətlərini səfərbər etmək üçün Ukrayna səlahiyyətliləri ilə Parisdə iqtisadi konfrans keçirəcəklərini bildirib.
Müəllif: Aynur Qəniyeva