Türkiyə Liviya ilə Karbohidrogenlər üzrə ilkin saziş və Protokol imzalayıb
"Fins.az" xəbər verir ki, Türkiyənin xarici işlər, energetika və müdafiə nazirlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti Liviyaya səfəri zamanı Liviyanın ərazi sularında potensial enerji resurslarının aşkarlanması da daxil olmaqla, Tripoli hökuməti ilə bir sıra ilkin sazişlər imzalayıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabından verdiyi açıqlamada, "Baş nazir (Adulhamid) Dibeybe ilə siyasi həll yolunda atılan addımları və əlaqələrimizi müzakirə etdik. Karbohidrogenlər və Protokol sahələrində Anlaşma Memorandumu imzaladıq" deyə qeyd edib.
Lakin Liviyanın şərqindəkiidarəetmə orqanı bu addıma qarşı çıxıb.
Tripolidə keçirilən mərasimdə açıqlama verən xarici işlər naziri Mövlud Çavuşoğlu və liviyalı həmkarı hər iki ölkənin xeyrinə olacaq anlaşma memorandumu imzaladıqlarını bildiriblər.
İlkin razılaşma çərçivəsində o vaxtkı Tripoli hökuməti ilə Türkiyə arasında 2019-cu ildə “eksklüziv iqtisadi zona”da sualtı kəşfiyyatların aparılması ilə bağlı əldə edilmiş razılaşma kimi konkret razılaşmaların olub-olmadığı hələlik bəlli deyil.
Müəllif: Aynur Qəniyeva