DÜNYA

04 Oktyabr

İlon Mask Rusiya və Ukrayna üçün sülh təklifini irəli sürdü - Teslanın səhmləri ucuzlaşdı

Amerikalı iş adamı İlon Mask Rusiya-Ukrayna münaqişənin bitməsi üçün özünün sülh təklifi versiyasını irəli sürüb.

“Fins.az” xəbər verir ki, bu barədə o, Tviter hesabında yazıb. Milyarder bildirib ki, Krım Rusiyanın tərkibində qalmalı və ilhaq edilmiş ərazilərdə BMT-nin müşahidəsi altında təkrar referendumlar keçirilməlidir. Mask hətta bununla bağlı sorğu da keçirib. 

Lakin milyarderin fikirləri izləyicilərin çox tərəfindən etirazla qarşılanıb. 

İlon Maskın bu təklifinə Ukrayna Prezidenti Volodimir Zelenskinin reaksiyası gecikməyib. 

Ukraynalı lider izləyicilərindən hansı İlon Maskı daha çox bəyəndiklərini soruşub: Ukraynanı, yoxsa Rusiyanı dəstəkləyəni? 

Maraqlıdır ki, Maskın təklifindən sonra Tesla səhmləri təxminən 9 faiz ucuzlaşıb.