DÜNYA

28 Yanvar

Bu ölkələr aviaəlaqəni dayandırır

Kolumbiya koronavirus infeksiyasının yeni növünün yayılması ilə əlaqədar Braziliya ilə aviaəlaqəni müvəqqəti olaraq dayandırır.

Fins.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke bildirib.

 

“Kolumbiyadan Braziliyaya və Braziliyadan Kolumbiyaya uçuşlar ləğv edilir”, - deyə Duke bəyan edib. 

Bu qadağa yanvarın 29-dan 30 gün müddətinə tətbiq olunacaq.