Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şimal Axını 2 qaz kəmərinin inşasına qarşı tətbiq olunan sanksiyaları "açıq kovboy basqını" adlandırıb.
"Gəlin Şimal Axını 2-də Avropalı ortaqları ilə birlikdə çalışan Gazprom-u götürək. Tamamilə açıq, kovboy kimi bir basqınçı hücuma məruz qalıb. Şimal Axını 2-ə qarşı bu sanksiyaları nəzərdə tuturam. Buna başqa nə deyə bilərsiniz?" - deyə Peskov "Moskva. Kreml. Putin." verilişinə verdiyi müsahibədə qeyd edib.
Eyni zamanda, onun sözlərinə görə, sanksiyalara baxmayaraq, metodiki işi davam etdirmək və "bu layihənin yekunlaşmasına yaxınlaşmaq" mümkündür.
Müəllif:Aynur Qəniyeva