ABŞ mediasının Trampa yaxın mənbələrə əsaslanan xəbərə görə, Traamp, ABŞ Konqresinin təsdiqlədiyi 900 milyard dollarlıq iqtisadi dəstək paketi ilə 1,4 trilyon dollarlıq büdcə qanun layihəsini imzalayıb.
ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus (Kovid-19) epidemiyası üçün iqtisadi dəstək paketini imzalayıb.
Konqresin təsdiqindən sonra imza üçün ona təqdim edilən Kovid-19 salgını üçün dəstək paketindəki 600 dollarlıq nağd yardımı "rüsvayçılıq" olaraq xarakterizə edən Tramp, bu köməyi 2000 dollara çatdırmaq da daxil olmaqla bəzi dəyişikliklər edilməsini istəyib və dəstək paketini imzalamayıb.
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvləri, Trump-ın çağırışına baxmayaraq Demokratların Kovid-19 epidemiyası üçün dəstək paketinə daxil olan 600 dollarlıq nağd pulu 2000 dollara qaldırmaq cəhdini rədd ediblər.
Trampın hazırkı paketi imzalamaması, ABŞ prezidenti seçilən Joe Biden başda olmaqla bir çox insanın reaksiyasına səbəb oldu.
İqtisadi qanun layihəsinin imzalanmasından sonra 2019-cu ildə illik gəliri 75 min dollar və daha aşağı olanlara 600 dollar birbaşa nağd yardım veriləcək.
Yardım paketi ilə həftəlik işsizlik maaşlarının verilməsinə davam ediləcək, kirayə pulunu ödəyə bilməyənlər 2021-ci ilin yanvar ayına qədər evlərindən çıxarılmayacaq, kiçik müəssisələr, hava yolları və fermerlərə dəstək veriləcək.
Müəllif:Aynur Qəniyeva