DÜNYA

27 Dekabr

Çin şirkəti Türkiyədə müasir telefon modellərinin istehsalına başlayır

Bakı 27 dekabr Fins.az

Son zamanlar Çin və Uzaq Şərq ölkələrinin müasir telefon istehsalçılarının Türkiyəyə marağı artıb. Artıq Çinin bir şirkəti Türkiyədə istehsal müəssisəsi quracağını və gələn il ərzində müasir telefonların istehsalına başlayacağını bildirib. Bəzi yerli şirkətlərin də bu istiqamətdə müraciətləri var.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank bildirib.

Son illər Türkiyənin sərmayədarlar üçün cazibə mərkəzi halına gəldiyini deyən nazir yaxın gələcəkdə bu istiqamətdə vacib addımların atılacağını vurğulayıb.

Bildirib ki, Türkiyəyə sərmayə qoyan bir Çin firması fevral ayında ilk istehsala başlamağı planlaşdırır. Təxminən min nəfərlik işçi ilə işə başlayacaq şirkət tərəfindən gələcəkdə 10 milyonadək müasir telefon modellərinin istehsalı nəzərdə tutulur.

Nazir pandemiyadan sonra Türkiyənin istehsal gücünün artdığının daha yaxşı görüləcəyini bildirib.