Bakı 25 dekabr Fins.az
Səksən yaşlı Vyana sakini Con Ottokar Porsche Boxster Spyder sportkarını alıb.
Əslində burada təəccüblü bir şey yoxdur, lakin yeni rodster təqaüdçünün həyatı boyu aldığı səksəninci avtomobil olub. Öz kolleksiyasını saxlamaq üçün Ottokar ayrıca bina tikdirib.
Binada idman avtomobilləri ilə yanaşı, alman markasının xatirə əşyaları da saxlanılır.













