DÜNYA

25 Dekabr

Avropa İttifaqı Türkiyəyə 485 milyon avro yardım etdi

Bakı 25 dekabr Fins.az

Avropa İttifaqı (Aİ) 2021-ci ildə Türkiyəyə miqrantlara dəstək olmaq üçün maliyyə ayırıb.

Fins.az xəbər verir ki, Aİ Komissiyasının məlumatına əsasən, Türkiyədəki qaçqınların əsas ehtiyaclarını qarşılamaq və uşaqların təhsilini maliyyələşdirmək üçün iki layihə hazırlanıb.

2021-ci ildə Türkiyədə yaşayan qaçqınlar üçün 485 milyon avroluq proqramların tərtib edildiyi ifadə edilib.

Açıqlamada həmin vəsaitlə 1.8 milyon qaçqının ehtiyacının təmin ediləcəyi və 700 mindən çox uşağın təhsili üçün dəstək veriləcəyi vurğulanıb.