DÜNYA

25 Dekabr

“Samsung Electronics” süni intellekt əsasında platforma hazırlayır

Bakı 25 dekabr Fins.az

“Samsung Electronics” şirkəti Cənubi Koreyanın ən böyük mobil operatoru “SK Telecom” və ölkənin populyar “Kakao Talk” messencerinin sahibi ilə birlikdə istifadəçiləri koronavirusla bağlı risklər haqqında xəbərdar etmək üçün süni intellekt əsasında platforma hazırlayacaq.

Şirkətlərin bəyanatına görə, “Samsung”, “SK Telecom” və “Kakao” tərəfindən artıq tədqiqat və işləmələr üçün birgə qrup formalaşdırılıb. Platformanın 2021-ci ilin əvvəlində təqdim edilməsi nəzərdə tutulur.