Telefon istehsal edən Çin şirkətləri ölkə kəşfiyyatı üçün məlumatları analiz edir.
Fins.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalında Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək vəzifəli şəxslərinin fikirlərinin yer aldığı məqalədə bildirilib.
"Texnologiya nəhəngləri Çinə casusluqda həyati bir üstünlük verir" başlığı altında yayılan məqalədə şirkətlərin Çinin kəşfiyyat xidmətləri üçün oğurlanan məlumatların işlənməsinə yardım etdiyi vurğulanıb.
Qeyd edək ki, Çin ilə ABŞ arasında informasiya müharibəsi pik həddə çatıb.