DÜNYA

25 Dekabr

"Forbes" siyahısına düşən rus biznesmen koronavirusdan öldü

Bakı 25 dekabr Fins.az

Rusiyalı biznesmen Vladimir Xristov Moskvada 72 yaşında vəfat edib.

Fins.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının məlumatında deyilir.

Onun ölümünə səbəb kimi COVİD-19 virusu göstərilib.

Qeyd edək ki, Xristov Rusiyanın ən böyük qızıl mədəni şirkətlərindən olan “Susumanzoloto”nun sahibi idi. "Forbes"in siyahısına düşən biznesmen Rusiyanın ən zəngin şəxslərindən biri sayılırdı.