DÜNYA

25 Dekabr

Bayden nüvə xərclərini azaldacaq

Bakı 25 dekabr Fins.az

Co Bayden administrasiyası nüvə qüvvələrinin modernləşdirilməsi xərclərini təxirə salmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Bayden administrasiyası Pentaqonun yeni qitələrarası ballistik raketin işlənməsi ilə bağlı qərarına yenidən baxacaq. Həmin raketin döyüş başlığı ilə birlikdə qiyməti 100 milyard dollardır.