DÜNYA

25 Dekabr

Britaniya və Avropa Birliyi nəhayət ki, razılaşdı-Breksit sazişi imzalandı

Bakı 25 dekabr Fins.az

Böyük Britaniya və Avropa Birliyi nümayəndələri arasında Breksit üzrə ticarət razılaşması imzalanıb.

Fins.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Razılaşma bundan sonra rəsmi təsdiq üçün Böyük Britaniya Baş naziri Boris Conson və Avrokomissiyanın rəhbəri Ursula fon der Leyenə təqdim ediləcək.