DÜNYA

24 Dekabr

Çin Böyük Britaniya ilə aviasiya əlaqəsini dayandırır

Bakı 24 dekabr Fins.az

Çin COVID-19 virusunun yeni ştammının peyda olması səbəbindən Böyük Britaniya ilə aviasiya əlaqəsini dayandırmaq barədə qərar qəbul edib.

Azertac xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin açıqlama verib. O, Çin tərəfinin dünyada pandemik vəziyyəti nəzarətdə saxladığını, ölkəyə virus axınının qarşısını almaq üçün mütəmadi qabaqlayıcı tədbirlər həyata keçirdiyini deyib.

Çinin Honkonq xüsusi inzibati ərazisi də dekabrın 22-dən etibarən Böyük Britaniyadan təyyarə səfərlərini dayandırıb. Honkonqa gələn və son 14 gün ərzində Böyük Britaniyada olanlar isə mehmanxanada 2 həftəlik məcburi karantinə cəlb olunmaqla yanaşı, yaşadıqları yerlərdə əlavə bir həftə də özünütəcrid rejimində olmalıdırlar.