DÜNYA

24 Dekabr

LC Waikiki-dən 3,65 milyardlıq investisiya

Bakı 24 dekabr Fins.az

Rəsmi Qəzetdə yayımlanan noyabr investisiya təşviq siyahısına görə, Lc Waikiki-nin Aksaray-daki yatırımının həcmi 3,65 milyard TL olacaq. İnvestisiya ilə 4500 nəfərin işlə təmin olunacağı proqnozlaşdırılır
Noyabr ayı üçün təşviq sənədləri siyahısı, Lc Waikiki-nin Aksaray'-a elan etdiyi investisiyanın həcmi ilə əlaqədar detalları ortaya qoyub.

Rəsmi Qəzetdə yayımlanan siyahıya görə, noyabr ayında investisiya təşviqi alacaq ən böyük sərmayə şirkətin Aksaray-daki sərmayəsi olub. Şirkət investisiyasının həcmi 3,65 milyard TL olaraq elan edilsə də, 4 min 500 adamın məşğulluğunun təmin edilməsi gözlənilir.

Logistika xidmətləri daxilində elan edilən investisiya, ildə 480 min palet tutumuna sahib olacaq. İnvestisyada 175,3 milyon dollarlıq idxal olunan maşın və avadanlıqların istifadəsi nəzərdə tutulub. Təşviqlər çərçivəsində investisiya, sığorta haqqı işəgötürən payı, 70% vergi endirimi, gömrük vergisi azadlığı və ƏDV azadlığı kimi dəstəklə təmin ediləcəkdir.

Müəllif: Aynur Qəniyeva