DÜNYA

24 Dekabr

“Alibaba”ya qarşı araşdırma aparılacaq

Bakı 24 dekabr Fins.az

Çinin Bazara Nəzarət İdarəsi dünyaca məşhur onlayn satış şirkəti “Alibaba”ya qarşı araşdırma başladıb.

Çin mərkəzi televiziyasında verilən məlumata görə, şirkət inhisar əleyhinə qanunları pozmaqda şübhəli bilinir.

Şirkət “mümkün iki variantdan (istehlakçının) yalnız bir seçimi qaldığı” zaman məcburiyyət siyasəti tətbiq etməkdə ittiham olunur.