DÜNYA

24 Dekabr

Rusiyalı milyarder dünyasını dəyişdi

Bakı 24 dekabr Fins.az

"OBI” və “Starik Xottabıç” ticarət şəbəkələrinin keçmiş həmsahibi, rusiyalı milyarder İqor Sosin 53 yaşında dünyasını dəyişib.

Fins.az bildirir ki, bu barədə “360” telekanalına “GQ Bar” layihələrinin yaradıcısı Aleksandr Sorkin məlumat verib.

Ölümün ilkin səbəbi kimi infarkt göstərilir. İş adamı Zənzibar adasında (Afrika) istirahət zamanı ölüb.